12 aprel 2026-cı il
Əməkdar artist Şıxı Yaqubov mükafatlandırılıb
Mingəçevir Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Şıxı Yaqubov teatr sənəti sahəsindəki xidmətlərinə görə və 75 illik yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr fədaisi" medalı ilə mükafatlandırılıb.
Yubilyara mükafatı İttifaqın sədr müavini, Əməkdar artist, professor Azad Şükürov təqdim edib.

