9 aprel 2026-cı il
Xalq artisti Azər Paşa Nemətovun məzarı ziyarət olunub
Mərasimdə Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının nümayəndələri, sənətkarın dostları və ailə üzvləri iştirak ediblər.
Çıxış edənlər Azər Paşa Nemətovun teatr sənəti sahəsindəki xidmətlərindən danışıb, sənətkarı xoş xatirələrlə yad ediblər.
Sənətkarın bacısı Ülviyyə xanım ailə üzvləri adından ziyarətdə iştirak edən hər kəsə dərin minnətdatlığını bildirib.
Allah rəhmət eləsin.

